Azərbaycanda yeni sənaye parkları, məhəllələri yaradılacaq

Azərbaycanda yeni sənaye parkları, məhəllələri yaradılacaq
00:23 27 Dekabr 2014
Ölkə mətbuatı
A- A+

Azərbaycan, Bakı, 27 dekabr /Trend/

Azərbaycan Prezidenti İlham Əliyev tərəfindən təsdiqlənən “Azərbaycanda sənayenin inkişafına dair 2015-2020-ci illər üçün Dövlət Proqramı”na əsasən ölkədə yeni sənaye parkları yaradılacaq.

Trend-in məlumatına görə, 2015-2017-ci illərdə Sumqayıt Kimya Sənaye Parkında infrastruktur işlərinin yekunlaşdırılması, parkın fəaliyyətinin təkmilləşdirilməsi işi aparılacaq.

Həmin illərdə, həmçinin Balaxanı Sənaye Parkında infrastruktur işlərinin yekunlaşdırılması, parkın fəaliyyətinin təkmilləşdirilməsi nəzərdə tutulur.

Yaxın 2 il ərzində Yüksək Texnologiyalar Parkının infrastrukturunun formalaşdırılması və fəaliyyətinin təşkili planlaşdırılır.

Dövlət Proqramına əsasən 2015-2018-ci illərdə Gəncədə sənaye parkının yaradılması, infrastrukturunun formalaşdırılması və fəaliyyətinin təşkili nəzərdə tutulur.

Həmçinin bu illərdə Mingəçevirdə sənaye parkının yaradılması, infrastrukturunun formalaşdırılması və fəaliyyətinin təşkili gözlənilir.

2015-2020-ci illərdə sənaye klasterlərinin yaradılmasına dair təkliflər hazırlanması və müvafiq tədbirlərin həyata keçirilməsi planlaşdırılır.

Proqramda sənaye məhəllələrinin yaradılması ilə bağlı müvafiq tədbirlərin həyata keçirilməsi də qeyd olunub.

Məqalə müəllifi ilə əlaqə ünvanı: agency@trend.az


Xəbərin orijinal ünvanı: http://az.trend.az/business/economy/2348174.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR