Yerə böyük asteroid yaxınlaşır

Yerə böyük asteroid yaxınlaşır
00:05 27 Yanvar 2015
501 Maraqlı
Ölkə mətbuatı
A- A+

Çərşənbə axşamına keçən gecə Yerdən 1,2 milyon km məsafədə diametri 500 metr olan böyük bir asteroid ötüb keçəcək. Milli.Az musavat.com-a istinadən xəbər verir ki, bu barədə NASA-nın yaydığı açıqlamada deyilir.

Məlumatda deyilir ki, 2004 BL 86 adı alan obyekt yaxın illərdə Yer kürəsinə yaxınlaşan və müşahidə edilə bilən ən böyük göy cismidir. Növbəti belə bir halı alimlər 2017-ci ildə gözləyirlər. Onlar ümid edirlər ki, asteroidin bu qədər məsafəyədək Yerə yaxınlaşması əvvəllər mümkün olmayan tədqiqatları aparmağa imkan yaradacaq.

Astronomlar əmindirlər ki, göy cismi Yer sakinlərinə heç bir təhlükə törətməyəcək. Obyekti kiçik teleskop və ya binoklla görmək mümkün olacaq.

Milli.Az


Xəbərin orijinal ünvanı: http://news.milli.az/interest/321103.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR