"Real" yeni transferini təqdim etdi - FOTO

"Real" yeni transferini təqdim etdi -   FOTO
00:17 27 Yanvar 2015
207 İdman
Ölkə mətbuatı
A- A+

"Real" 14 milyon avroya transfer etdiyi braziliyalı Lukas Silvanı mətbuata təqdim edib. Fanat.az xəbər verir ki, Braziliyanın "Kruzeyro" klubundan transfer edilən 21 yaşlı yarımmüdafiəçi "Santyaqo Bernabeu" stadionunda təşkil edilən imza mərasimində yeni klubunda ilk açıqlamasını verib.


"Real"a öyrənmək və kömək etmək üçün gəldiyini deyən Silva geyinəcəyi 16 nömrəli formaya özünü tam hazır hesab etdiyini bildirib: "Dünyanın ən yaxşı klubundayam. Çox xoşbəxtəm. Burada olmaq bir yuxunu reallaşdırmaq kimi bir şeydi. Bu formanı geymək üçün özümü çox hazır hiss edirəm". 

      

"Real"ın prezidenti Florentino Perez yeni futbolçusundan danışıb: "Bu gün bir futbolçunun daha xəyalını həyata keçiririk. Dünya çempionu olan bir klubuq, amma özümüzü təbrik edəcək vaxtımız yoxdu".


Qazandıqları hər şeyin özlərinə az gəldiyini söyləyən Perez sözlərinə belə davam etdirib: "Tarix bizə, çətinliklər çıxsa da sonuna qədər hər müvəffəqiyyətin arxasından getmək lazım olduğunu göstərir. Onuncu Çempionlar Liqası kubokunu qazandığımız üçün xoşbəxtik, amma sırada 11-incisi var. Alfredo Di Stefano və Santyaqo Bernabeu bizə qabiliyyət və arzusunu göstərmək istəyən futbolçuları axtarmağımızın lazım olduğunu öyrətdilər. Lukas Silva da onlardan biridi. Bu gün, Braziliyanın ən yaxşı yarımmüdafiəçilərindən biri komandamıza daxil oldu".


Daha sonra Silvaya xitab edən Perez bu sözləri deyib: "Mövsümün çox əhəmiyyətli bir anında gəldin. Səndən tək istəyim ən qısa zamanda komandaya uyğunlaşıb, bütün arzunu bu komandaya verməyindi. Bu formanı geyinmək bir qürurdu, amma eyni zamanda yalnız bəzi futbolçuların yaşaya biləcəyi bir məsuliyyətdi". 


"Real"la 30 İyun 2020 tarixinə qədər müqavilə imzalayan Silvanın qarşıdakı oyunlarda əsas heyətlə birlikdə meydana çıxacağı gözlənilir. 


Fanat.az


Xəbərin orijinal ünvanı: http://fanat.az/xeber-quotrealquot-yeni-transferini-tqdim-etdi-t17822.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR