Mixalkov Dağlıq Qarabağ haqda film çəkəcək

Mixalkov Dağlıq Qarabağ haqda film çəkəcək
00:46 27 Yanvar 2015
Ölkə mətbuatı
A- A+

Rusiyalı rejissor Nikita Mixalkov Aleksandr Qriboyedov haqqında çoxseriyalı televiziya filmini çəkməyə hazırlaşır.

ANS PRESS-in məlumatına görə, bu haqda o, Rusiya mətbuatına müsahibəsində bildirib.

"Biz sübut etdik ki, Qriboyedovun qətli müsəlmanlarla bağlı deyil, bu ingilislər tərəfindən planlaşdırılmış soyuq qətldir. Qriboyedov onlara İpək yolunda mane olurdu", - deyə Mixalkov qeyd edib.

Onun sözlərinə görə, o vaxt filmi Dağlıq Qarabağda hadisələrə görə çəkməyi bacarmayıb.

"Biz onda Qarabağa görə filmi çəkə bilmirdik. Onda orada müharibə gedirdi və bizim üçün sadəcə bu mümkün deyildi", - o deyib.

Mixalkov xatırladıb ki, Qriboyedov Qarabağa erməni ailələrini məskunlaşdırıb, 40 min erməni İrandan əsirlikdən çıxarılaraq Qarabağa yerləşdirilib.
Mənbə
ANS PRESS



Xəbərin orijinal ünvanı: http://anspress.com/index.php?a=2&lng=az&cid=35&nid=322064

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR