Azərbaycanın "Eurovision"da çıxışının vaxtı

Azərbaycanın "Eurovision"da çıxışının vaxtı
00:56 27 Yanvar 2015
248 Şou
Ölkə mətbuatı
A- A+

Eurovision-2015 yarışmasının keçiriləcəyi Avstriyanın Vyana şəhərində iştirakçıların yarımfinallarda çıxış ardıcıllığını müəyyən etmək üçün püşkatma mərasimi keçirilib.

ANS PRESS-in məlumatına görə, püşkatmanın nəticələrinə görə, Azərbaycan ikinci yarımfinalda çıxış edəcək.

Mayın 19-da keçiriləcək birinci yarımfinalda 16 (Yunanıstan, Makedoniya, Estoniya, Niderland, Moldova, Finlandiya, Belçika, Ermənistan, Serbiya, Danimarka, Belarus, Rumıniya, Rusiya, Albaniya, Gürcüstan və Macarıstan), mayın 21-də keçiriləcək ikinci yarımfinalda isə 17 iştirakçı (Norveç, İrlandiya, Çexiya, Litva, San Marino, Malta, Portuqaliya, Monteneqro, İsveçrə, Azərbaycan, Sloveniya, Latviya, Polşa, İslandiya, İsrail, Kipr və İsveç) səhnəyə çıxacaq. Yarışmanın final mərhələsi isə mayın 23-də baş tutacaq.

Builki yarışmaya ümumilikdə 39 ölkə qatılacaq.
Mənbə
ANS PRESS



Xəbərin orijinal ünvanı: http://anspress.com/index.php?a=2&lng=az&cid=5&nid=322052

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR