Krımda sonuncu müstəqil kanal dayandırıldı

Krımda sonuncu müstəqil kanal dayandırıldı
01:01 27 Yanvar 2015
110 Dünya
Ölkə mətbuatı
A- A+

Ötən gün Rusiya təhlükəsizlik qüvvələri Krımın müstəqil ATR telekanalının binasında reyd aparıb.

ANS PRESS-in məlumatına görə, axtarışlardan sonra içəridə olan əşyaları və avadanlıqlar müsadirə olunub. Axtarışı həyata keçirən Rusiya İstintaq Komitəsi və əks-terror xidməti əməkdaşları telekanalın işçilərini bildirib ki, guya ötən il çəkilmiş rusiyaya qarşı etiraz aksiyasının arxiv görüntülərini axatırarlar.

Teleşirkətin baş direktor müavini Liliya Budjurovanın dediyinə görə, istintaq komitəsinin işçiləri 2014–cü ilin fevral ayında Rusiyanın bölgəni ilhaq etməsinə qarşı materialların yerləşdiyi serverləri müsadirə edib, kanalın yayım əməliyyatlarını dayandırıb.

Reydə məruz qalmış ATR etnik krım tatarlarına aid ilk müstəqil telekanaldır. Bir çox krım tatarlarının baxışlarını və narahatlıqlarını işıqlandıran kanal, Moskvaya qarşı tənqidlərin səsləndiyi sonuncu media yayım vasitəsi idi. Kanal rəhbərliyi efirin həmişəlik və ya müvəqqəti bağlandığını bilmir. ATR kanalının saytı hələ də işləsə də, xəbərlər əvəzinə videoçarxlar yayımlayır.
Mənbə
ANS PRESS



Xəbərin orijinal ünvanı: http://anspress.com/index.php?a=2&lng=az&cid=48&nid=322066

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR