Azərbaycanlı qardaşlar yenə də qalib oldular - video

Azərbaycanlı qardaşlar yenə də qalib oldular - video
01:21 27 Yanvar 2015
209 Şou
Ölkə mətbuatı
A- A+

"O səs Türkiyə" yarışmasının "Birə bir" mərhələsində Azərbaycandan qatılan iki qardaş Varis və Ceyhun Əkbərov səhnəyə çıxıblar.

Axşam.az-ın məlumatına görə, qardaşlar komanda yoldaşları Mustafayla yarışıblar.

Ceyhun və Varis Oğuzxan Koçun repertuarından "Ben hala rüyada" mahnısını oxuyublar.

Komanda rəhbəri olan Hadisə bu dəfə də Varis və Ceyhunu qalib elan edib.

Qeyd edək ki, Acun İlicalının aparıcılığı ilə Türkiyənin "TV8" telekanalında yayımlanan proqramın münsiflər kürsüsündə Hadisə, Ebru Gündeş, Gökhan Özoğuz, Mazhar Alanson və Özkan oturub.


Xəbərin orijinal ünvanı: http://axsam.az/site/?name=xeber&news_id=25595

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR