Yunanıstan qırıcısının qəzaya uğraması nəticəsində ölənlərin sayı 10-a çatdı

Yunanıstan qırıcısının qəzaya uğraması nəticəsində ölənlərin sayı 10-a çatdı
01:44 27 Yanvar 2015
83 Dünya
Ölkə mətbuatı
A- A+

İspaniyanın Los Lyanos hərbi bazasında Yunanıstana məxsus qırıcı təyyarəsinin qəzaya uğraması nəticəsində 2 yunan pilotu və 8 Fransa vətəndaşı ölüb.

 

APA-nın RİA Novosti agentliyinə istinadən verdiyi xəbərə görə, bu barədə İspaniyanın baş naziri Mariano Rahoy bildirib.

 

Onun sözlərinə görə, qırıcının yerə düşməsi nəticəsində 10 Fransa və 11 İtaliya hərbçisi xəsarət alıb. M.Rahoy qeyd edib ki, Fransa və İtaliyanın müdafiə nazirləri hadisə yerinə yollanacaqlar.

 

Qeyd edək ki, yanvarın 26-da İspaniyada Lyanos şəhəri yaxınlığındakı hərbi bazada Yunanıstana məxsus F-16 qırıcı təyyarəsi qəzaya uğrayıb. Yanvarın 19-dan fevralın 13-dək nəzərdə tutulmuş NATO-nun “Tactical Leadership Programme” proqramı çərçivəsində keçirilən təlimlərdə 9 ölkəni (Yunanıstan, Belçika, Danimarka, Fransa, Almaniya, Böyük Britaniya, İtaliya, İspaniya, ABŞ) təmsil edən 750 hərbi qulluqçu iştirak edir.


Xəbərin orijinal ünvanı: http://news.lent.az/news/191551

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR