İtkin düşən 13 yaşlı qızın atası: "O hadisə gecə baş verdi" (VİDEO)

İtkin düşən 13 yaşlı qızın atası: "O hadisə gecə baş verdi" (VİDEO)
00:51 27 Dekabr 2014
146 Digər
Ölkə mətbuatı
A- A+

Astara rayonunun Pensər kəndində 10 gün öncə baş verən hadisə rayonda geniş söz-söhbət mövzusu olsa da, təfərrüatlar heç kimə bəlli deyil. 13 yaşlı Dilşad Quliyevanın gecə vaxtı nə səbəbə evdən getdiyi, kimlə getdiyi, sonrakı taleyi sirr olaraq qalır.

İtkin qızın atası İntiqam Quliyev qızının yoxa çıxdığını təsadüfən öyərndiklərini dedi: "Gecə 4-ə 15 dəqiqə qalmış yoldaşım körpə uşağın səsinə durdu. Görüb ki, qız evdə yoxdu. Məni oyatdı. Dedi ki, bəs qız yoxdu. Necə yəni, qız yoxdur? Duşdüm həyətə, sanitar qovşağına, hamama baxdım, sonra məhəlləni gəzdim. Tapa bilmədim”.

Qızın ata nənəsi Fatma Məmmədova hadisə baş verən gün Lənkəranda yaşayan oğlunun evində olduğunu, oğlunun zənginə gecə ilə özünü Pensərə çatdırdığını deyir. Amma gecə ilə aparılan axtarışlara nənənin qoşulması da səmərəsiz olub.

"Qız öz xoşu ilə öz paltarlarını çıxarıb qoyub burda, təmiz paltarlarını geyinib gedib. Kim aparıbsa onu, sizə yalvarıram, gətirin onu çıxardın mənim qapıma”.

Nənənin deməsinə görə, Dilşad oğlunun birinci arvadından olan qızıdır. Ər arvad ayrılandan sonra nənə nəvəsinə rəsmən qəyyumluq edib, böyüdüb, saxlayıb. Nənə etiraf edir ki, atası ikinci dəfə ailə qurandan sonra Dilşad 4 bacı qardaşına analıq edib. Ata ikinci həyat yoldaşı ilə Rusiyada yaşasa da, uşaqlarını uzun müddət nənə ilə Dilşadın ümidinə qoyub. 13 yaşlı yeniyetmə qızın özünün valideyn nəvazişinə möhtac olduğu bir vaxtda uşaqlıq dünyasını qayğılara dəyişməsi onun qaçmasına səbəb olan amillərdəndir.

Məsələyə aydınlıq gətirmək üçün Dilşadın ana nənəsilə də görüşüb çətinliklə də olsa, söhbətə razı sala bildik. Nubar xanım qızı Samirənin onlardan xəbərsiz qoşulub qaçdığını, bu nigahın uğursuz olduğunu, talesiz nəvəsinin tapılması üçün ürəkdən dua etdiyini dedi.

"Nə üçün gedib, hara gedib? Axı bu uşaq özbaşına getməz. Neçə nəfər evdə olub. Uşaq özbaşına evdən çıxar? Biz özümüz də mətəəl qalmışıq. Biz də darıxırıq”.

Hadisə baş verən gecəsi Astara polisi də məlumatlandırıldığından bütün mümkün istiqamətlərə axtarışlara başlanılıb.

10 gündür sorağı heç yerdə eşidilməyən 13 yaşlı Dilşaddan bir xəbər çıxmasını biz də diqqətdə saxlayacağıq. Hər halda yeniyetmə qızın gələcək taleyinə bağlı xəbərin xoş olmasını arzulayırıq.


Xəbərin orijinal ünvanı: http://anspress.com/index.php?a=2&lng=az&cid=9&nid=316555

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR