İspaniyanın aparıcı radiolarından birində Azərbaycan barədə söhbət aparılıb

02:13 27 Yanvar 2015
106 Ölkə
Ölkə mətbuatı
A- A+


Madrid, 27 yanvar, AzərTAc
İspaniyanın çoxsaylı dinləyici auditoriyası olan “Radio Juventud Gran Canaria”ın radiosunun populyar “Radio dos luces” proqramı bu ölkədə təhsil almış həmyerlimiz, politoloq Mahir Qurbanovun müsahibəsini təqdim edilib.
Verilişdə əsasən, ölkəmizin hazırkı inkişaf səviyyəsi, Azərbaycan xalqının ümummilli lider Heydər Əliyevin müdrik və uzaqgörən siyasəti nəticəsində qazandığı uğurlardan söhbət açılıb.
Verilişdə həmçinin, Prezident İlham Əliyevin siyasi fəaliyyətinin uğurları barədə də geniş məlumat verilib.
Söhbətin digər mövzusu isə Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinə hər olunub. Gənc politoloq qeyd edib ki, 1991–ci ildə Ermənistan silahlı qüvvələri regionda yaranmış çox çətin şəraitdən istifadə edərək havadarlarının köməkliyi ilə Azərbaycanın tarixi torpaqlarına, yəni Dağlıq Qarabağa daxil olaraq təcavüzkar siyasətlərini reallaşdırmağa başlayıblar. Bu münaqişə nəticəsində Azərbaycan ərazisinin 20 faizi Ermənistan tərəfindən işğal olunub, bir milyondan çox həmvətənimiz dədə-baba torpağından qaçqın düşüb.
İspaniya və Azərbaycan əlaqələrinə də toxunulan söhbətdə vurğulanıb ki, Azərbaycan ikitərəfli əlaqələrin genişləndirilməsində maraqlıdır. Əməkdaşlıq müxtəlif sahələrdə aparıla bilər. Ölkəmizdə geniş investisiya imkanları var.
Qeyd edək, müsahibə ispan radiosunun təşəbbüsü ilə reallaşıb.
Aygün Əliyeva
AzərTAc-ın xüsusi müxbiri
Madrid

Xəbərin orijinal ünvanı: http://azertag.az/xeber/Ispaniyanin_aparici_radiolarindan_birinde_Azerbaycan_barede_sohbet_aparilib-827700

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR