Azərbaycanlı qardaşların “O səs Türkiyə”də qələbəsi (VİDEO)

Azərbaycanlı qardaşların “O səs Türkiyə”də qələbəsi (VİDEO)
03:01 27 Yanvar 2015
141 Şou
Ölkə mətbuatı
A- A+

"O səs Türkiyə" yarışmasında Azərbaycandan qatılan iki qardaş Varis və Ceyhun Əkbərov "Birə bir" mərhələsində iştirak ediblər.

ANS PRESS-in məlumatına görə, həmyerlilərimiz komanda yoldaşları Mustafa adlı iştirakçı ilə yarışıblar.

Əkbərov qardaşları Oğuzxan Koçun repertuarından "Ben hala rüyada" mahnısını səsləndiriblər. Onların çıxışı tamaşaçılar tərəfindən çox bəyənilib.

Komanda rəhbəri olan Hadisə bu dəfə də Varis və Ceyhunu qalib elan edib.

Qeyd edək ki, ötən mərhələdə İbrahim Tatlısəsin "Tabi Tabi" mahnısını oxumuş və Ebru Gündeş həmyerlilərimizin ifasını xüsusi bəyəndiyini qeyd etmişdi.

Mənbə
ANS PRESS



Xəbərin orijinal ünvanı: http://anspress.com/index.php?a=2&lng=az&cid=37&nid=322080

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR