Yeni özəl texniki peşə məktəbləri və liseyləri yaradılır

Yeni özəl texniki peşə məktəbləri və liseyləri yaradılır
01:11 27 Dekabr 2014
281 Sosial
Ölkə mətbuatı
A- A+

Prezident İlham Əliyev tərəfindən təsdiqlənən “Azərbaycanda sənayenin inkişafına dair 2015-2020-ci illər üçün Dövlət Proqramı”na əsasən ölkədə özəl texniki peşə məktəbləri və liseyləri yaradılacaq.

ANS PRESS-in məlumatına görə, Dövlət Proqramında qeyd olunub ki, 2016-2020-ci illərdə sənaye üzrə müxtəlif istiqamətlərdə peşə, ixtisasartırma və ixtisasdəyişmə kurslarının təşkili, tədris plan və proqramlarının hazırlanması və təkmilləşdirilməsi məqsədi ilə Peşə Tədris Mərkəzlərinin yaradılması işi həyata keçirilməlidir.

Eyni zamanda 2016-cı ildə “Sumqayıt Kimya Sənaye Parkı” MMC-nin nəzdində Peşə Tədris Mərkəzinin fəaliyyətinin təşkili planlaşdırılır.

Dövlət Proqramına əsasən 2016-ci ildə özəl texniki peşə məktəbləri və liseylərinin açılmasının təşviqi ilə bağlı təkliflər hazırlanması və aidiyyəti üzrə təqdim olunması nəzərdə tutulur.

Bundan başqa yaxın 3 ildə özəl sektorun cəlb edilməsi ilə ali məktəblərdə innovasiya mərkəzlərinin yaradılması planlaşdırılır.

Xəbərin orijinal ünvanı: http://anspress.com/index.php?a=2&lng=az&cid=45&nid=316516

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR