Yaponlar hərbi xərclərə qarşı çıxdı

Yaponlar hərbi xərclərə qarşı çıxdı
04:26 27 Yanvar 2015
118 Dünya
Ölkə mətbuatı
A- A+

Girov Kenzi Qotonun azad edilməsi üçün İordaniya hökuməti ilə yaxından iş aparırıq.

ANS PRESS-in məlumatına görə, bu sözləri Yaponiyanın Nazirlər Kabinetinin sədri Yoşihida Suqa deyib

Suqa deyib ki, insan həyatı Yaponiya hökuməti üçün prioritetdir və buna görə də Tokyo İordaniya hökuməti, qəbilə və dini liderlərlə birlikdə işləyir. Suqa onu da əlavə edib ki, Yaponiya İŞİD ilə birbaşa əlaqə saxlamayıb.

Müharibə müxbiri Kenzi Qotonu hələ də girov saxlayan İŞİD yaraqlıları ikinci girov, təhlükəsizlik kontraktoru Haruna Yukavanın artıq başının kəsildiyini bildirib. Qrup hər iki girovun azad edilməsi üçün Yaponoyadan 72 saat ərzində 200 milyon dollar tələb etmişdi. Həmin vaxtdan artıq 3 gün keçib.

Bazar günü İnternetdə isə Qotonun səsinin olduğu deyilən videoda yaraqlılar onu pul əvəzinə İordaniyada saxlanılan iraqlı Sacidə Əl-Rişavi ilə dəyişdirilməsini istədiklərini deyib. “Siz terrorçuları maliyyələşdirməli deyilsiniz, həbsdə olan Sacidə Əl-Rişavi bacını azad etməlisiniz. Sacidə Əl-Rişavi isə 2005-ci ildə Əmmanda ölümlə nəticələnən üç mehmandaxadan birində intihar hücumu həyata keçirmək cəhdində ittiham edilərək həbs edilib.

Yaponların girov götürülməsi baş nazir Şinzo Abenin ölkəsinin qlobal təhlükəsizlik sahəsində daha fəal iştirak edəcəyini planlaşdırdığını deməsindən sonra baş verib. Yaraqlıların 200 milyon dollar tələbi isə baş nazirin İraq və Suriyada İŞİD nəzarətindəki bölgələrdən olan qaçqınlara qeyri-hərbi yardım edəcəyinə söz verməsindən sonra olub.

Abe eləcə də, pasifist konstutusiyada ölkənin və vətəndaşlarının təhlükəsizliyini qorumaq üçün hərbi əməliyyatlara icazə verən dəyişikliklər həyata keçirməyə çalışır.

Tokiodakı Sofiya Universitetinin professoru hərbi təhlilçi Koiçi Nakano deyir ki, girov böhranı yəqin ki, yapon cəmiyyətini bir qədər də qütbləşdirəcək.

“Bir tərəfdən hökumət girov böhranına işarə edərək göstərmək istəyir ki, Yaponiya xarici siyasətdə daha aktiv olmaldıır, Amma cəmiyyətdə çoxları bunun əksini düşünür."

Cənab Abeyə cəmiyyətdə dəstəyin geniş olmasına baxmayaraq bir çoxları hesab edir ki, ölkənin hərbi və diplomatik çəkisini artırmaqla baş nazir Yaponiyanı lüzumsuz təhlükələrə məruz qoyur.
Mənbə
ANS PRESS



Xəbərin orijinal ünvanı: http://anspress.com/index.php?a=2&lng=az&cid=48&nid=322083

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR