Sərdar Ortac evdar kişi olub

Sərdar Ortac evdar kişi olub
07:26 27 Yanvar 2015
537 Şou
Ölkə mətbuatı
A- A+

Türkiyəli məşhur müğənni Sərdar Ortaç maraqlı açıqlama verib.

ANS PRESS-in məlumatına görə, sevilən türk müğənnisi Sərdar Ortaç həyat yoldaşı Kloe Luqfanın yarışma proqramlarından birində münsif olmasından sonra ev işlərini özünün gördüyünü bildirib.

“Mən artıq evdar kişi olmuşam. Yeməkləri köməkçilərim hazırlayır. Mətbəxdə o qədər də bacarıqlı olmadığım üçün sadəcə yeməyi isidərək süfrəyə qoymağı bacarıram. Neyləməli, həyat müştərəkdir” – deyə S.Ordaç sözlərinə əlavə edib.

O, həyat yoldaşının münsif heyətində əyləşməsini xoş qarşıladığını və buna görə qürur hissi keçirdiyini də gizlətməyib.

Türkiyə mətbuatı isə müğənninin artıq evdə oturduğunu, xanımının pul qazanıb gətirdiyini yazıb.
Mənbə
ANS PRESS



Xəbərin orijinal ünvanı: http://anspress.com/index.php?a=2&lng=az&cid=37&nid=322097

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR