Yüksək Texnologiyalar Parkında beynəlxalq təlim kursları keçiriləcək

08:13 27 Yanvar 2015
Ölkə mətbuatı
A- A+


Bakı, 27 yanvar, AzərTAc
Fevralın 13-dən Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin (RYTN) tabeliyində yaradılan Yüksək Texnologiyalar Parkında beynəlxalq təlim kursları keçiriləcək. Azərbaycanda ilk dəfə olaraq təşkil edilən bu təlimlər “Professional Diploma in Digital Marketing” adlanır.
AzərTAc xəbər verir ki, aprelin sonunadək davam edəcək təlim kurslarını müvəffəqiyyətlə bitirən iştirakçılara Avropanın Kvalifikasiya və Akkreditasiya Sisteminin 5-ci pilləsinə uyğun olan nüfuzlu “Digital Marketing İnstitute” sertifikatı təqdim olunacaq. Beynəlxalq təlim kursları İrlandiyanın “Digital Marketing İnstitute” təhsil müəssisəsinin Azərbaycan üzrə rəsmi təhsil tərəfdaşı olan “DMİ Azerbaijan”ın (www.dmi.az) təşkilatçılığı və Yüksək Texnologiyalar Parkının dəstəyi ilə reallaşdırılacaq.

Xəbərin orijinal ünvanı: http://azertag.az/xeber/Yuksek_Texnologiyalar_Parkinda_beynelxalq_telim_kurslari_kechirilecek-827710

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR