Azərbaycanlı müğənninin əri: "Evdəkilər evliliyimizə qarşı çıxsalar da..." - FOTO

Azərbaycanlı müğənninin əri: "Evdəkilər evliliyimizə qarşı çıxsalar da..." - FOTO
09:32 27 Yanvar 2015
383 Şou
Ölkə mətbuatı
A- A+

Yeganənin həyat yoldaşı danışdı
Milli.Az gecce.az-a istinadən xəbər verir ki, müğənni Yeganənin həyat yoldaşı Fateh ilk dəfə müsahibə verib.

"Biz ortaq dostumuz sayəsində tanış olmuşuq. Mən inşaat sahəsində çalışıram. Bu peşə bizə babalarımızdan keçib. Yeganə də ev almaq üçün məndən məsləhət almağa gəlmişdi.

Sonradan söhbətlərimiz başladı. Tanış olduqdan sonra bildim ki, müğənnidir. Onun sadəliyi və səmimiyyəti məni heyran etdi. Bizdə də sənətçilər çoxdur, amma belə sadəsi çox az tapılar. İlk vaxtlar evdəkilər evliliyimizə qarşı çıxsalar da, sonradan onlar da qəbul etdilər. 
 
Dörd ildir ki, Fethiyədəki evimizdə yaşayırıq. Bura atamgilin qış evidir. Yayda isə uşağa görə Tarabyadakı bağ evimizə köçürük".

Milli.Az











Xəbərin orijinal ünvanı: http://news.milli.az/showbiz/321117.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR