ABŞ donur, küçələr boşalıb - FOTO

ABŞ donur, küçələr boşalıb - FOTO
10:12 27 Yanvar 2015
121 Dünya
Ölkə mətbuatı
A- A+

ABŞ tarixdə ən güclü çovğunlardan birini yaşayır.
 
Dünən 2560 aviareys təxirə salınmışdısa, bu gün 3500 aviareysin təxirə salınmağı gözlənilir.
Milli.Az BBC-yə istinadən bildirir ki, Birləşmiş Ştatların şərq sahillərini vuracaq çovğunun 90 sm qar örtüyünə səbəb olacağı gözlənilir. Nəqliyyat sistemində yaranacaq problemlər təqribən 58 milyon insana təsir edəcək.
 
ABŞ-ın Milli Meteorologiya Xidmətindən verilən məlumata görə, "Amerika nord-ostu" adlandırılan tufan çoxlu qar və qasırğa vəd edir.
Çovğunla qasırğa Filadelfiya, Nyu-York ştatlarını, habelə mərkəzi Massaçusetsi və Konnektikut ştatlarını vuracaq. Küləyin sürəti bir çox ştatlarda 90 km/saata çata bilər.
 
Hakimiyyət dairələri vətəndaşlara bütün səfərləri ən azı çərşənbə gününədək təxirə salmağı məsləhət bilir.
 
NY Daily News bildirir ki, Nyu-Yorkda iri avtomagistrallar bağlanıb, ölkənin başqa bölgələri ilə dəmiryol nəqliyyatı dayandırılıb.
ABŞ-ın dövlət iqlimşünası Devid Robinsonun dediyinə görə, ölkədə 1899-cu ildən bəri belə çovğun və tufan olmamışdı.
 
USA Today-in məlumatına görə, Nyu-York sakinləri bir neçə günü evdə keçirməyə hazırlaşıblar. Marketlərin piştaxtaları artıq boşalıb. Şəhər sakinləri içməli su və elektroenerji təminatında mümkün problemlərə hazırlanaraq çoxlu butilləşdirilmiş su, fənərlər, şamlar və batareyalar alıblar.
Nyu-Yorkun meri Bill de Blazio deyib: "Bu çovğun şəhər tarixində ən güclü qar tufanlarından biri, hətta ən güclü tufan ola bilər. Kəskin zərurət olmadan nəqliyyatdan istifadə etməyin, evdən eşiyə çıxmayın. Çovğun qarla yanaşı, buzlu yağış və qasırğa vəd edir".
 
Onun dediyinə görə, bu gün şəhər küçələrinə yalnız bələdiyyənin və dövlət qurumlarının avtomobilləri çıxa bilər.
Çovğun Kanadanın Atlantik sahilindəki Nyufaundlend və Labrador, şahzadə Eduard adası, Nyu-Braunsuik və Yeni Şotlandiya vilayətlərini vurub.
 
Milli.Az



























































Xəbərin orijinal ünvanı: http://news.milli.az/world/321113.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR