Metroda yenə problem

Metroda yenə problem
10:16 27 Yanvar 2015
119 Ölkə
Ölkə mətbuatı
A- A+

Metronun "Nizami" stansiyasında qatarda texniki problem yaranıb.

ANS PRESS-in "qaynar xətti"nə daxil olan məlumata görə, qatarın qapılarında texniki nasazlıq olub.

“Bakı Metropoliteni” QSC-nin mətbuat xidməti və ictimaiyyətlə əlaqələr şöbəsinin rəisi Nəsimi Paşayev isə ANS PRESS-ə açıqlamasında məsələyə aydınlıq gətirib.

O qeyd edib ki, hadisə səhər 08:20-də baş verib və qısa zaman ərzində problem aradan qaldırılıb:

"Metronun 23 saylı qatarının 4-cü vaqonunun qapılarında nasazlıq baş verib. Qapılar bağlanmayıb və bu səbəbdən sərnişinlər qatardan düşürdülüb. Nasaz qatar depoya göndərilib və əvəzinə xətdə başqa qatar buraxılıb", - deyə “Bakı Metropoliteni” QSC-nin rəsmisi söyləyib.
Mənbə
ANS PRESS



Xəbərin orijinal ünvanı: http://anspress.com/index.php?a=2&lng=az&cid=9&nid=322125

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR