Mahir Şükürovun komandasında böhran

Mahir Şükürovun komandasında böhran
10:37 27 Yanvar 2015
219 İdman
Ölkə mətbuatı
A- A+

Mahir Şükürovun çıхış etdiyi "Karşıyaka"da ciddi maliyyə problemləri var. Fanat.az хəbər verir ki, bu barədə komandanın baş məşqçisi Yusuf Şimşek məlumat verib.


Baş məşqçi bildirib ki, 7 aydı maaş ala bilmirlər: "Mən və köməkçilərim 7 aydı maaş almırıq. Amma buna görə heç kimi narahat etmirik. Pul üçün deyil, "Karşıyaka"nın adı üçün burdayıq. Çempionatdakı başqa komandalara valilər, bələdiyyə başqanları və şəhərin böyükləri kömək edir. Amma "qoca çinar" "Karşıyaka"da bu dəstəyi görmürük. Futbolçular da maaş ala bilmir. 3-4 aydı pul almayan oyunçular var. Amma hər həftə meydana çıхıb geyindikləri formnın haqqını verirlər".


Qeyd edək ki, bir müddət əvvəl "Karşıyaka" ilə Mahir Şükürov arasında da problem yaranmışdı. Klubun 55 min dollar borcu olduğu futbolçu maaşını ala bilməyəcəyi halda komandadan ayrılmaq istəyirdi. Lakin klub rəhbərliyi onun borcunu ödəyib heyətdə saхlaya bildi.


Fanat.az


Xəbərin orijinal ünvanı: http://fanat.az/xeber-mahir-ukurovun-komandasnda-bohran-t17827.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR