Aygün Kazımovayaya özəl ad günü hədiyyələri

Aygün Kazımovayaya özəl ad günü hədiyyələri
10:44 27 Yanvar 2015
1735 Şou
Ölkə mətbuatı
A- A+

Xalq artisti Aygün Kazımova 44 yaşını ötən gün paytaxt məkanlarının birində qeyd edib. Lent.az-ın məlumatına görə, xalq artistinin özəl gününə bir çox tanınmış simalar qatılıb. Gecədə bir çox sürprizlər və hədiyyələr qəbul edən A.Kazımovaya ən yadda qalan hədiyyəni müğənni Nadir Qafarzadə və Niyam Salami edib. Belə ki, N.Qafarzadə A.Kazımovanın kətan parçadan hazırlanmış portretini ona hədiyyə edib. N.Salami isə xalq artistinin kiçik maketini hazırlatdıraraq, A.Kazımovaya bağışlayıb. Səbəbkarın qızı İlqarə Kazımova isə anasının özəl gününə mahnı oxuyub. Bir çox maraqlı məqamların yaşandığı gecədən fotoları təqdim edirik.

 

Qeyd edək ki, prodüser Tolikin təşkilatçılığı ilə baş tutan gecəyə Ədalət Şükürov, Nadir Qafarzadə, Niyam Salami,  Elnarə Xəlilova, Elnur Məmmədov, Sevda Yahyayeva, Xəyyam Nisanov, Yaşar Yusub, aparıcılar Cavid Gül, Afaq Gəncəli, Nanə Ağamalıyeva, rəqqasə Fatimə Fətəliyeva, prodüser Təranə Səmədova, dj Kazım və bir çox tanınmış simalar qatılıb. 









Xəbərin orijinal ünvanı: http://news.lent.az/news/191571

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR