Gürcüstanda Avropa çempionatı keçiriləcək

Gürcüstanda Avropa çempionatı keçiriləcək
10:47 27 Yanvar 2015
384 İdman
Ölkə mətbuatı
A- A+

UEFA-nın İcraiyyə Komitəsinin iclası keçirilib. Fanat.az qurumun rəsmi saytına istinadən хəbər verir ki, iclasda 2015-2018-ci illərdə keçiriləcək 11 mötəbər yarışın ev sahibləri müəyyənləşdirilib.

 

Avropa futbol qurumu bu il keçiriləcək futzal üzrə UEFA Kubokunun “Dördlər finalı”na təşkilatçılıq hüququnu Portuqaliyanın “Sportinq” klubuna verib. 2018-ci ildə keçiriləcək futzal üzrə Avropa çempionatına isə Sloveniya ev sahibliyi edəcək.


2017-ci ildə təşkil olunacaq U-19 yığmaları arasındakı Avropa çempionatının ev sahibliyi hüququ qonşu Gürcüstana verilib.

 

Futzal üzrə UEFA kubokunun “Dördlər finalı” (2015) - Lissabon, Portuqaliya

Furzal üzrə Avropa çempionatı (2018) - Sloveniya

U-21-lərin Avropa çempionatı (2017) - Polşa

U-19-ların Avropa çempionatı (2017) - Gürcüstan

U-19-ların Avropa çempionatı (2018) - Finlandiya

U-17-lərın Avropa çempionatı (2017) - Xorvatiya

U-17-lərın Avropa çempionatı (2018) - İngiltərə

U-19-ların (qızlar) Avropa çempionatı (2017) - Şimali İrlandiya

U-19-ların (qızlar) Avropa çempionatı (2018) - İsveçrə

U-17-lərın (qızlar) Avropa çempionatı (2017) - Çexiya

U-17-lərın (qızlar) Avropa çempionatı (2018) - Litva


Fanat.az


Xəbərin orijinal ünvanı: http://fanat.az/xeber-gurcustanda-avropa-cempionat-kecirilck-t17828.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR