Ramil Usubov şəhərə yeni polis rəisi təyin etdi

Ramil Usubov şəhərə yeni polis rəisi təyin etdi
10:54 27 Yanvar 2015
1169 Ölkə
Ölkə mətbuatı
A- A+

Daxili işlər naziri Ramil Usubov Naftalan şəhərinə yeni polis rəisinin təyinatı ilə bağlı əmr imzalayıb. Lent.az-ın qafqazinfo-ya istinadən məlumatına görə, Mübariz Mehrəliyev Naftalan şəhər Polis Şöbəsinə rəis təyin olunub.

 

M.Mehrəliyev daha əvvəl Neftçala rayon polis rəisinin müavini işləyib.

 

Qeyd edək ki, keçən il Naftalan şəhər Polis Şöbəsinin rəisi Məmməd Hüseynov Zərdab rayonuna polis rəisi təyin edilib.


Xəbərin orijinal ünvanı: http://news.lent.az/news/191573

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR