İdmançımız dünya çempionu oldu (FOTO)

İdmançımız dünya çempionu oldu (FOTO)
04:16 27 Dekabr 2014
106 Digər
Ölkə mətbuatı
A- A+

Ukraynanın Xarkov şəhərinin ev sahibliyi etdiyi “MMA” və “Uşu Sanda“ üzrə böyüklər arasında dünya çempionatına yekun vurulub.

ANS PRESS-in "Region TV"yə istinadən məlumatına görəi, 29 ölkədən 350 idmançının qatıldığı yarışda millimiz 4 idmançı ilə təmsil edilib.

Yığmamızın ən yüksək nəticəsini iki növ üzrə Azər Baxışov göstərib. İdmançımız “MMA” üzrə 50 kq-da I yer, “Uşu-Sanda” üzrə isə 52 kq-da II yerə layiq görülüb. Xaçmazlı idmançı yarışda daha bir nominasiya üzrə qalib olub. Azər Baxışov Dünya çempionatının ən cəld idmançısı seçilib.

Döyüşçümüz dünya birinciliyi ilə yanaşı, daha öncə Avropa çempionatının gümüş mükafatçısı və müxtəlif beynəlxalq turnirlərin qalibi olub.

Azər Baxışov Xarkov turnirində gələn il İspaniyada təşkil olunacaq dünya kəməri uğrunda mübarizəyə vəsiqə qazanıb.


Xəbərin orijinal ünvanı: http://anspress.com/index.php?a=2&lng=az&cid=10&nid=316571

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR