Stolüstü tennis üzrə “TOP-16” turniri keçirilir

Stolüstü tennis üzrə “TOP-16” turniri keçirilir
11:03 27 Yanvar 2015
258 İdman
Ölkə mətbuatı
A- A+


Bakı, 27 yanvar, AzərTAc 
Yanvarın 27-də “Şüa” idman-sağlamlıq kompleksində stolüstü tennis üzrə “TOP-16” turnirinə start verilib.
Azərbaycan Stolüstü Tennis Federasiyasından AzərTAc-a bildiriblər ki, federasiyanın təşkilatçılığı ilə keçirilən yarışın məqsədi ən güclü 3 oğlan və 3 qız idmançısını müəyyən etmək, gənclərin stolüstü tennisə marağını artırmaqdır.
Tədbir şəxsi formatda və beynəlxalq stolüstü tennis qaydalarına uyğun keçirilir.
Turnirə yanvar ayının 28-də yekun vurulacaq.
Qaliblərə Azərbaycan Stolüstü Tennis Federasiyasının diplom və hədiyyələri təqdim olunacaqdır.

Xəbərin orijinal ünvanı: http://azertag.az/xeber/Stolustu_tennis_uzre_TOP_16_turniri_kechirilir-827716

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR