Azərbaycanda yüksək riskli qruplardan olan gənclərə sosial-psixoloji və hüquqi yardımın göstərilməsi üçün məsləhət və yönləndirmə sistemi formalaşdırılacaq. Lent.az-ın məlumatına görə, bu, “2015-2025-ci illərdə Azərbaycan gənclərinin İnkişaf Strategiyası”nda əksini tapıb.
Bundan başqa, müasir təbliğat və maarifləndirmə metodlarından istifadə etməklə, gəncləri müxtəlif dini təriqətlərin ekstremist və ayrı-seçkilik çağırışlarından qorumaq, cəzaçəkmə müəssisələrindən azad olmuş gənclərin sosial reabilitasiyası üçün kompleks tədbirlər görüləcək.
Qeyd edək ki, prezident İlham Əliyev "2015-2025-ci illərdə Azərbaycan gənclərinin İnkişaf Strategiyası”nın təsdiq edilməsi haqqında sərəncam imzalayıb.