"Facebook" və "İnstagram" sosial şəbəkələrinin fəaliyyətində ciddi problemlər yaranıb

11:12 27 Yanvar 2015
Ölkə mətbuatı
A- A+

[ 27 Yanvar 2015 11:09 ]

Bakı. Aynur Əliyeva - APA-Economics. Bu gün səhər saatlarından etibarən "Facebook" və İnstagram" sosial şəbəkələrinin fəaliyyətində ciddi problemlər yaranıb.

"APA-Economics"in məlumatına görə, problem Bakı vaxtı ilə 10:30 radələrindən etibarən müşahidə olunur.

 

Problemin səbəbi hələlik məlum deyil. Yalnız sosial şəbəkələrə daxil olarkən "problem qısa vaxt ərzində həllini tapacaq" tipli xəbərdarlıqla rastlaşmaq olar.

 

Qeyd edək ki, analoji problem dünyanın bir çox ölkələrində müşahidə olunur.

 

Xatırladaq ki, buna bənzər problem ilə "Facebook" sonuncu dəfə 2014-cü ilin iyunun 19-da üzləşib. Həmin dövrdə şəbəkədə 30 dəqiqəlik problem "Facebook"a 500 min dollarlıq ziyan vurub.

 

Dünyanın ən böyük sosial şəbəkələrindən birik olan "Facebook"un 1,35 mlrd. istifadəçisi var.


Xəbərin orijinal ünvanı: http://az.apa.az/news/370486

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR