Dünya futbolunun ulduzlarından biri, ingilis futbolunun simvolları arasında yer alan Devid Bekhem dünən ABŞ-ın Florida ştatındakı Malibu kurortunda idi.
40 yaşlı "Beks" bayker dəstəsinin heyətində səfərə çıxmışdı.
Milli.Az ABC-yə istinadən bildirir ki, heyətində çıxış etdiyi son klubu "Los-Anceles Qelaksi" olan Devid Bekhem sevimli "Triumph Bonneville T100" motosikletində idi.
Bekhemin xanımı Viktoriya isə 16 yaşlı Bruklin, 12 yaşlı Romeo, 10 yaşlı Krus və 4 yaşlı Harperlə birlikdə Qərbi Hollivudda idilər.
Onlar balaca Harperin iştirak etdiyi rəqs şousuna yollanmışdılar.
Milli.Az






