Vyetnam bazarına çıxırıq

Vyetnam bazarına çıxırıq
11:21 27 Yanvar 2015
95 Digər
Ölkə mətbuatı
A- A+

Azərbaycanın Vyetnamdakı səfiri Anar İmanov bu ölkənin sənaye və ticarət naziri Vu Huy Hoang ilə görüşüb.

Xarici İşlər Nazirliyinin mətbuat xidmətindən ANS PRESS-ə bildirilib ki, görüş zaman iki ölkə arasında iqtisadi sahədə, o cümlədən enerji sektoru üzrə əməkdaşlıq məsələləri, Azərbaycanın neft avadanlığı istehsal edən şirkətlərinin Vyetnam bazarına çıxarılması və ticarət dövriyyəsinin artırılması imkanları müzakirə edilib.

Həmçinin iqtisadi, ticarət, elmi və texniki əməkdaşlıq üzrə Vyetnam-Azərbaycan Hökumətlərarası Komissiyanın yaradılması prosesi ilə bağlı fikir mübadiləsi aparılıb.
Mənbə
ANS PRESS



Xəbərin orijinal ünvanı: http://anspress.com/index.php?a=2&lng=az&cid=1&nid=322130

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR