"Mançester Yunayted"dəki karyeram məndən asılı deyil"

"Mançester Yunayted"dəki karyeram məndən asılı deyil"
11:27 27 Yanvar 2015
221 İdman
Ölkə mətbuatı
A- A+

"Mançester Yunayted" klubunun hücumçusu Robin van Persi komandadakı gələcək karyerası haqda danışıb.
 
Milli.Az qol.az-a istinadən xəbər verir ki, 18 ay daha Mançesterdə qalacağını bildirən hollandiyalı futbolçu gələcək karyerasının ondan asılı olmadığını bildirib:
 
"Hələlik 18 ay daha buradayam. Ancaq bundan sonrakı karyeram məndən asılı olmayacaq. Gözləyib, görəcəyik. Komandanın nəticələrinə görə hər kəs məsuliyyət daşıyır. Bu mövsüm 20 oyun keçirdim və cəmi 8 qol vurdum. Düzünü desəm, çıxışımdan razı deyiləm. Daha çox qol vurmaq istəyirəm. Oyunlarda və məşqlərdə əlimdən gələni edirəm".
 
Qeyd edək ki, van Persi 2012-ci ildə "Arsenal"dan "Mançester Yunayted"ə transfer olunub.

Milli.Az


Xəbərin orijinal ünvanı: http://news.milli.az/sport/321129.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR