Usta aktyorun öldüyü iddia olundu (VİDEO)

Usta aktyorun öldüyü iddia olundu (VİDEO)
04:41 27 Dekabr 2014
Ölkə mətbuatı
A- A+

Bir neçə gün əvvəl səhhətində yaranan nasazlıq səbəbindən xəstəxanaya çatdırılan və iflic diaqnozu ilə müalicəsinə başlanılan Türkiyənin tanınmış aktyoru Halit Akçatepenin öldüyü iddia olunub. ANS PRESS-in məlumatına görə, sosial şəbəkələrdə yayılan bu xəbər öz təsdiqini tapmayıb. Bildirilib ki, aktyorun müalicəsi Gülhanə Hərbi Tibb Akademiyasında (GATA – Gülhane Askeri Tıp Akademisi) davam edir.

Qeyd edək ki, hazırda 77 yaşında olan aktyor ilk dəfə 1947-ci ildə 9 yaşında “Bir dağ masalı” filmində çəkilib. Əsasən “Hababam Sınıfı” filmindəki Güdük Necmi obrazı ilə yadda qalan aktyor, həmin filmdəki Paşa Nuri obrazını canlandıran aktyor Sıtkı Akçatepenin oğludur.


Aktyorun 9 yaşında çəkildiyi filmdən kadr.

Xəbərin orijinal ünvanı: http://anspress.com/index.php?a=2&lng=az&cid=35&nid=316573

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR