“Facebook”un işi bərpa olundu

“Facebook”un işi bərpa olundu
11:36 27 Yanvar 2015
Ölkə mətbuatı
A- A+

Dünyanın aparıcı sosial şəbəkəsi olan “Facebook” və onun şəkil paylaşma əlavəsi olan “Instagram”ın işi bərpa olunub.

“ICTnews” xəbər xidmətinin “ Down For Everyone Or Just Me” saytına istinadən verdiyi  məlumata əsasən, bu gün “Facebook”un fəaliyyəti Rusiya, Ukrayna, Gürcüstan, Litva, Ekvador, İsveç və eləcə də dünyanın əksər  ölkələrində dayanıb.

Ehtimal edilir ki, “Facebook”un işində bu gün səhər saatlarından müşahidə olunan nasazlıqlar Amerika Birləşmiş Ştatlarındakı  güclü qar fırtınası ilə bağlı olub.

Məlumat üçün bildirək ki, fırtına ilə bağlı ABŞ-ın Şərq sahilinə dünən və bu gün 3,5 min aviareys təxirə salınıb. Vəziyyətin ciddiliyi Barak Obama administrasiyasını fırtınanın nəticələrinin aradan qaldırılması üzrə xüsusi tapşırıq verməyə vadar edib. 

Qeyd edək ki, 2004-cü ildə yaradılan, dünyanın ən populyar sosial şəbəkəsi “Facebook”un istifadəçilərinin sayı 1,2 milyarddan çoxdur.
 
Aynur Vəliyeva





Xəbərin orijinal ünvanı: http://ictnews.az/read-34975-news-1.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR