Kürdlər bayram edirlər - FOTO

Kürdlər bayram edirlər - FOTO
11:37 27 Yanvar 2015
151 Dünya
Ölkə mətbuatı
A- A+

Kürdlərin terrorçu PKK təşkilatının Suriyanın şimalındakı bölməsi olan YPG qruplaşması "Kobani" kimi tanınan Ayn əl Ərəb şəhərini İŞİD terrorçularından azad edib.
 
Milli.Az Al Jazeera-ya istinadən bildirir ki, şəhər uğrunda kürdlərlə İŞİD arasında dörd aydan bəri amansız döyüşlər gedirdi.
 
ABŞ-ın Hərbi-Hava Qüvvələrinin təyyarələri şəhərdə kürdlərə dəstək məqsədilə İŞİD-in mövqelərinə raket-bomba zərbələri endirirdi.
 
İŞİD ötən ilin oktyabrında Kobaniyə hücuma başlamışdı. Şəhər terrorçular üçün strateji əhəmiyyət kəsb edirdi. Çünki Kobani İŞİD-in əlinə keçsəydi, terrorçular Suriya-Türkiyə sərhədinin əhəmiyyətli hissəsinə nəzarət edəcəkdilər.
 
Milli.Az
 















Xəbərin orijinal ünvanı: http://news.milli.az/world/321114.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR