AFFA-nın Hesabat Konfransının vaxtı açıqlandı

11:42 27 Yanvar 2015
77 İdman
Ölkə mətbuatı
A- A+

[ 27 Yanvar 2015 11:37 ]


Bakı – APA. AFFA-nın növbəti Hesabat Konfransının vaxtı müəyyənləşib. Apasport.az saytının məlumatına görə, tədbir martın 6-da baş tutacaq.

 

“Hilton” otelində keçiriləcək konfrans saat 11:00-da başlayacaq. Artıq tədbirin gündəliyi də açıqlanıb:

 

- Prezident tərəfindən salamlama

- Yığıncağın tərkibinin yoxlanılması

- İcraiyyə Komitəsinin prezident tərəfindən təqdim olunmuş fəaliyyəti haqqında hesabatının təqdim olunması

- Maliyyə hesabatının təsdiq olunması

- Müstəqil auditorun və AFFA-nın Yoxlama və Təftiş Komitəsinin hesabatını nəzərə almaq

- Növbəti ilin büdcəsinin təsdiq olunması

- Hər hansı vakant vəzifəyə seçkilər

- AFFA üzvlərinin təkliflərinin qəbul olunması

- Digər məsələlər


Xəbərin orijinal ünvanı: http://az.apa.az/news/370490

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR