Gündəmi dəyişən açıqlama

Gündəmi dəyişən açıqlama
11:51 27 Yanvar 2015
132 Dünya
Ölkə mətbuatı
A- A+

Ermənistanın "Aykakan jamanak" qəzeti ölkə daxilində gündəm yaradacaq yeni məqalə dərc edib. Qəzet yazıb ki, Gümrüdə yeddi nəfərlik ailə üzvünü qətlə yetirən Valeri Permyakov öldürdüyü ailə üzvlərinin heç biri ilə tanış deyilmiş.

ANS PRESS-in məlumatına görə, Ermənistanın İstintaq Komitəsinin nümayəndəsi qəzetin müxbiri ilə söhbətində bildirib ki, Gümrüdə kütləvi qətlin ilkin istintaqı zamanı Valeri Permyakovun ailənin hansısa üzvü ilə əlaqədə olması barədə yayılan iddia təsdiqini tapmayıb və rədd edilib.

Məqalədə deyilir ki, baş verən faciədən dərhal sonra Valeri Permyakovun qətlə yetirdiyi Avetisyan ailəsindən kiminləsə tanış olması barədə sosial şəbəkələrdə şayiə yayılmışdı. Ancaq adının çəkilməsini istəməyən məmur söyləyib ki, cinayət işi araşdırılıb və bu iddianın doğru olmadığını təsdiqləyən kifayət qədər dəlil-sübut toplanıb.

Qəzet yazıb ki, ötən cümə günü erməni müstəntiqlər V.Permyakovu yenidən dindiriblər. O, müstəntiqlərin bütün suallarına cavab verib və bu faktı boynuna almayıb.

Xatırladaq ki, bu il yanvarın 12-də Rusiyanın Ermənistandakı 102-ci hərbi bazasının əsgəri Valeri Permyakovun Gümrü şəhərində yeddi nəfərlik ailəni qəddarlıqla öldürüb. Cinayətin törədən Rusiya hərbi qulluqçusu Valeri Permyakov yanvarın 13-ə keçən gecə Ermənistan-Türkiyə sərhədini keçməyə cəhd göstərərkən sərhədçilər tərəfindən saxlanılıb. Hazırda ona qarşı Ermənistanın Cinayət Məcəlləsinin bir neçə maddəsi üzrə cinayət işi qaldırılıb, istintaq gedir.
Mənbə
ANS PRESS



Xəbərin orijinal ünvanı: http://anspress.com/index.php?a=2&lng=az&cid=15&nid=322134

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR