"Azərbaycana gedən futbolçular..."

"Azərbaycana gedən futbolçular..."
11:52 27 Yanvar 2015
227 İdman
Ölkə mətbuatı
A- A+

"Azərbaycana üz tutan futbolçuların yığmaya yolu bağlanmayıb. Özünü yaxşı tərəfdən göstərən hər futbolçunu milliyə dəvət edəcəm". Fanat.az xəbər verir ki, bu sözləri Ukrayna yığmasının baş məşqçisi Mixail Fomenko deyib.


Baş məşqçi Azərbaycan çempionatında oynayacaq ukraynalıların geriyə addım atmadığını bildirib: "Bu ölkəni təmsil edən "Qarabağ"ın Avropa Liqasında "Dnepr"ə qarşı necə oynadığını yada salın. Fikrimcə, Azərbaycanın top-klubları bizim əksər komandalarımızdan geri qalmır. Çünki onlar da qarşılarına daim avrokuboklarda oynamaq hədəfini qoyublar".

 

Qeyd edək ki, qış transfer pəncərəsində 3 ukraynalı futbolçu - Aleksey Qay, Dmitri Bezotosnı və Ruslan Fomin "Qəbələ"yə keçib.


Fanat.az


Xəbərin orijinal ünvanı: http://fanat.az/xeber-quotazrbaycana-gedn-futbolcularquot-t17831.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR