Rusiyada qətldə təqsirləndirilən Azərbaycan vətəndaşı beynəlxalq axtarışa verilib

11:52 27 Yanvar 2015
77 Digər
Ölkə mətbuatı
A- A+

[ 27 Yanvar 2015 11:48 ]

Moskva. Fərid Əkbərov - APA. Rusiyada qətldə təqsirləndirilən Azərbaycan vətəndaşı beynəlxalq axtarışa verilib.

APA-nın Rusiya bürosu xəbər verir ki, beynəlxalq axtarışa verilən azərbaycanlı Asif Məmmədovdur.

 

Onun 2014-cü ilin oktyabrında Kemerova vilayətinin Novokuznetsk şəhərində öz həmyerlisini odlu silahla qətlə yetirdiyi bildirilib.

 

Şəhərdə yerləşən hotellerin birində həmyerlisi ilə görüşə gələn Asif Məmmədov üstündə gəzdirdiyi tapançadan 50 yaşlı həmyerlisinə bir neçə dəfə atəş açıb. Daha sonra o, hadisə yerindən qaçıb.

 

Faktla bağlı cinayət işi açılıb, Asif Məmmədovun axtarışları davam etdirilir.  


Xəbərin orijinal ünvanı: http://az.apa.az/news/370493

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR