Azərbaycan samboçuları dünya kubokunun mərhələ yarışında iki medal qazanıblar

Azərbaycan samboçuları dünya kubokunun mərhələ yarışında iki medal qazanıblar
11:53 27 Yanvar 2015
65 İdman
Ölkə mətbuatı
A- A+


Bakı, 27 yanvar, AzərTAc
Almatı şəhərində Qazaxıstan Prezidenti Nursultan Nazarbayevin mükafatı uğrunda sambo üzrə dünya kubokunun mərhələ yarışı yekunlaşıb.
Azərbaycan Sambo Federasiyasından AzərTAc-a bildiriblər ki, baş məşqçi Yaqub Abdullayevin rəhbərliyi altında mübarizə aparan milli komandamız iki medal qazanıb.
Turnirdə Fəridə Qurbanova (64 kq) gümüş, Nəzakət Xəlilova (52 kq) isə bürünc medala sahib olub.
Görüşlərin idarə olunmasında ölkəmizi Cabir İsmayılov təmsil edib.

Xəbərin orijinal ünvanı: http://azertag.az/xeber/Azerbaycan_sambochulari_dunya_kubokunun_merhele_yarisinda_iki_medal_qazaniblar-827731

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR