Azərbaycanlı hakim Çempionlar Liqasına təyinat alıb

11:57 27 Yanvar 2015
207 İdman
Ölkə mətbuatı
A- A+

[ 27 Yanvar 2015 11:53 ]


Bakı – APA. Azərbaycanlı beynəlxalq dərəcəli referi Eldar Əliyev yeni təyinat alıb. Apasport.az saytının məlumatına görə, Avropa Voleybol Konfederasiyası Çempionlar Liqasının VI turu çərçivəsində baş tutacaq “Lokomotiv” (Rusiya) – “Marek Union İvkoni” (Bolqarıstan) matçında həmyerlimizə güvənib.


Əliyev bu gün Novosibirskdə kişi komandaları arasında keçiriləcək qarşılaşmada əsas hakim funksiyasını yerinə yetirəcək. Ona finlandiyalı Kari Partiaynen köməklik edəcək.

 

Qeyd edək ki, “Lokomotiv” birinci yerin sahibi kimi pley-offa yüksəldiyi halda, qonaq komandanın sonuncu olacağı da dəqiqləşib. 


Xəbərin orijinal ünvanı: http://az.apa.az/news/370495

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR