Dünyanın supergücü hesab edilən ABŞ qara qışa təslim olub. ANS PRESS-in məlumatına görə, şiddətli çovğun ABŞ-ın şimal şərqini cənginə alıb.
Ötən gündən daha da şiddətlənən qar fırtınası ilə bağlı olaraq 4 ştatda - Nyu York, Nyu Cersi, Rot Aylənd və Massaçussetdə fövqəladə vəziyyət elan edilib. 3 min təyyarə reysi ləğv edilib, məktəblər tətil edilib.
Qar ən çox Nyu-Yorkda həyatı iflic edidb. Şəhərdə tunellər və körpülər ötən gün saat 23:00-dan etibarən maşınlar üşün bağlı elan edilib. Hətta metroda xidmət göstərməyi dayandırıb. Başda "Central Park" olmaqla şəhərdəki istirahət parklarına giriş saat 18:00-dan sonra dayandırılıb.
Şəhər rəsmiləri ehtiyac olmaqdıqca evdən çıxmamağı məsləhət görüb.
Sinoptiklər Nyu Yorkda qarın hündürlüyünün 45-60 sm arasında olacağını, bəzi yerlərdə 90 sm-ə kimi çatacağı barədə xəbərdarlıq ediblər. Bu q;.;n 'n s'rt q;.lardan biri olaca]; deyilir/
Artıq qarlı hava şəraiti ilə bağlı supermarketlərə kütləvi axın başlayıb. Əhali ən azı bir necə günlük ərzaq tədarükü görmək üçün alış-verişə başlayıb.
Qarla bağlı olaraq BMT-nin bəzi proqramları, idman matçları da təxirə salınıb.
Mənbə
ANS PRESS