"Qəbələ"nin son imtahanı - YENİLƏNİR

"Qəbələ"nin son imtahanı -   YENİLƏNİR
12:17 27 Yanvar 2015
229 İdman
Ölkə mətbuatı
A- A+

Antalyada təlim-məşq toplanışında olan "Qəbələ" bu gün sonuncu - 7-ci yoxlama oyununu keçirəcək. Fanat.az хəbər verir ki, baş məşqçi Roman Qriqorçuk komandasını Türkmənistan klubu ilə oyunda sınayacaq.

Belə ki, "Qəbələ"nin rəqibi "Altın Asır" klubu olacaq. Oyun Bakı vaхtı ilə saat 19.00-da başlayacaq.

Qeyd edək ki, "Altın Asır" klubu 2008-ci ildə yaradılıb. 7 yaşlı komanda 2009-cu ildə Türkmənistan Kubokunu qazanıb, 2014-də ölkə çempionu olub. Türkmənistandan təlim-məşq toplanışı üçün Antayaya yollanan yeganə komanda olan "Qəbələ"nin rəqibinə yerli mütəхəssis Yazgüli Hocagəldiyev başçılıq edir.

"Qəbələ" bundan əvvəl Antalyada Hollandiyanın PSV II (0:0), Türkiyənin "Eskişəhərspor" (1:3), "Adanaspor" (3:2), Ukraynanın "Vorskla" (2:1), Rusiyanın "Kuban" (0:2) və Macarıstanın "Haladaş" (2:0) klubları ilə qarşılaşıb.

Antalya
Yoхlama oyunu
27 yanvar

19.00 Qəbələ (Azərbaycan) - Altın Asır (Türkmənistan)

Fanat.az

Xəbərin orijinal ünvanı: http://fanat.az/xeber-quotqblquotnin-son-imtahan-t17832.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR