Əmlak Məsələləri Dövlət Komitəsinin sədri Qusarda vətəndaşları qəbul edəcək

12:18 27 Yanvar 2015
118 Ölkə
Ölkə mətbuatı
A- A+


Bakı, 27 yanvar, AzərTAc 
Mərkəzi icra hakimiyyəti orqanları rəhbərlərinin şəhər və rayonlarda vətəndaşların qəbulu cədvəlinə uyğun olaraq, Əmlak Məsələləri Dövlət Komitəsinin sədri Kərəm Həsənov yanvarın 31-də Qusar şəhərində vətəndaşları qəbul edəcək.
Komitənin mətbuat xidmətindən AzərTAc-a bildiriblər ki, qəbulda Qusar, Quba, Xaçmaz və Şabran rayonlarından olan vətəndaşların yalnız komitənin fəaliyyət sahələrinə aid olan müraciətlərinə baxılacaqdır.
Vətəndaş qəbulu saat 11:00-da Qusar şəhərindəki Heydər Əliyev Mərkəzində keçiriləcəkdir.
Qəbula yazılmaq istəyən vətəndaşlar komitənin office@emdk.gov.az elektron ünvanına yaza və aşağıdakı nömrələrlə əlaqə saxlaya bilərlər: komitənin Aparatı: (012) 490 24 08 (daxili 105, 102 və 349), Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 5 nömrəli ərazi idarəsi: (02332) 5 00 18, (02332) 5 00 17, (02338) 5 37 45

Xəbərin orijinal ünvanı: http://azertag.az/xeber/Amlak_Meseleleri_Dovlet_Komitesinin_sedri_Qusarda_vetendaslari_qebul_edecek-827737

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR