Çətirlərinizi evdə unutmayın

Çətirlərinizi evdə unutmayın
12:33 27 Yanvar 2015
210 Sosial
Ölkə mətbuatı
A- A+

Azərbaycan, Bakı, 27 yanvar /Trend, müxbir İlhamə İsabalayeva/

Azərbaycanda yağıntılı hava yanvarın 29-u gündüzə kimi davam edəcək.

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentindən Trend-ə verilən məlumata görə, yanvarın 28-də Bakıda və Abşeron yarımadasında buludlu hava şəraiti üstünlük təşkil edəcək. Axşama doğru bəzi yerlərdə havanın yağıntılı olacağı gözlənilir. Mülayim cənub-şərq küləyi əsəcək.

Bakıda və Abşeron yarımadasında havanın temperaturu gecə 1-4, gündüz 5-8 dərəcə isti olacaq.

Azərbaycanın bölgələrində gecə və səhər bəzi yerlərdə hava dumanlı və çiskinli olacaq. Axşama doğru havanın yağıntılı olacağı ehtimalı var. Dağlıq və dağətəyi rayonlarda sulu qar və qar yağacaq. Şərq küləyi əsəcək, arabir güclənəcək.

Havanın temperaturunun gecə 1 dərəcə şaxtadan 4 dərəcəyə kimi isti, gündüz 5-10 dərəcə isti, dağlarda gecə 3-8 dərəcə şaxta, gündüz 2 dərəcə şaxtadan 3 dərəcəyədək isti olacağı proqnozlaşdırılır.

Məqalə müəllifi ilə əlaqə ünvanı: agency@trend.az


Xəbərin orijinal ünvanı: http://az.trend.az/azerbaijan/society/2357535.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR