Cəbrayıldan olan məcburi köçkün sahibkarlardan investisiya layihələrinin qəbuluna başlanılır

12:37 27 Yanvar 2015
Ölkə mətbuatı
A- A+

[ 27 Yanvar 2015 12:32 ]


Bakı. Aqşin Rafiqoğlu - APA-Economics. İqtisadiyyat və Sənaye Nazirliyinin Sahibkarlığa Kömək Milli Fondu (SKMF) Biləsuvar rayonunda müvəqqəti məskunlaşmış Cəbrayıldan olan məcburi köçkün sahibkarlardan prioritet hesab olunan sahələr üzrə investisiya layihələrinin qəbuluna başlayır.

 

Fonddan "APA-Economics"ə verilən məlumata görə, SKMF yanvarın 23-də Biləsuvar rayonu ərazisində 4 saylı qəsəbədə müvəqqəti məskunlaşmış Cəbrayıldan olan məcburi köçkünlərlə sahibkarlığın güzəştli kreditləşdirilməsi məsələlərinə dair işgüzar forum keçirib.

 

İşgüzar forum çərçivəsində məcburi köçkünlərlə mövcud iqtisadi potensialdan daha səmərəli istifadə edilməsi məqsədilə müzakirələr aparılmış və SKMF tərəfindən cins heyvandarlıq təsərrüfatlarının, tikişçilik və plastik qapı-pəncərə istehsalı müəssisələrinin və çörək və şirniyyat məhsullarının istehsalı müəssisəsinin yaradılması istiqamətlərdə investisiya layihələrinin maliyyələşdirilməsi üçün təkliflərin qəbulu məqsədəuyğun hesab edilib.

 

Sahibkarlar bu sahələr üzrə nümunəvi layihələri SKMF-dan əldə edə bilərlər. Sahibkarların istəyinə əsasən, bu investisiya layihələrinin dəyərinin 100%-dək hissəsi dövlətin güzəştli kreditləri hesabına maliyyələşdiriləcək. Bu gündən etibarən sahibkarlar investisiya layihələrinin maliyyələşdirilməsi məqsədilə müvəkkil kredit təşkilatları vasitəsilə Fonda müraciət edə bilərlər. 


Xəbərin orijinal ünvanı: http://az.apa.az/news/370502

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR