Azərbaycanda bəzi məhsulların elektron ticarətinə qadağa qoyulur

Azərbaycanda bəzi məhsulların elektron ticarətinə qadağa qoyulur
12:38 27 Yanvar 2015
211 Sosial
Ölkə mətbuatı
A- A+

Azərbaycan, Bakı, 27 yanvar /Trend, müxbir İlhamə İsabalayeva/

Azərbaycanda alkoqollu içkilərin, dərman vasitələrinin, tibbi təyinatlı texnikanın, bioloji aktiv əlavələrin, körpələr və erkən yaşına çatmamış uşaqlar üçün süni qida məhsullarının məsafədən satışına (kataloqlar, bukletlər, elektron ticarət vasitələri) qadağa qoyulacaq.

Milli Məclisdən Trend-ə verilən məlumata görə, bu məsələ parlamentin fevralın 2-də keçiriləcək plenar iclasında müzakirəyə çıxarılacaq “Reklam haqqında” qanun layihəsində öz əksini tapıb.

Yeni layihədə sponsor reklamlarının yayımlanması üçün müddət də müəyyənləşdirilib.

Layihəyə əsasən, sponsor reklamında yalnız sponsorun adı, fəaliyyəti və əmtəəsi haqqında ümumi həcmi 2 dəqiqədən çox olmayan müddətə məlumat təqdim oluna bilər. Əmtəəənin adı sponsor qismində göstərilə bilməz. Sponsor reklamında “sponsor” sözünün başqa anlayışla əvəz olunmasına da icazə verilmir.

Məqalə müəllifi ilə əlaqə ünvanı: agency@trend.az


Xəbərin orijinal ünvanı: http://az.trend.az/azerbaijan/society/2357525.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR