Əmlak Məsələləri Dövlət Komitəsinin sədri Qusarda vətəndaş qəbulu keçirəcək

12:42 27 Yanvar 2015
87 Digər
Ölkə mətbuatı
A- A+

[ 27 Yanvar 2015 12:37 ]


Bakı. Aynur Əliyeva - APA-Economics. Mərkəzi icra hakimiyyəti orqanları rəhbərlərinin şəhər və rayonlarda vətəndaşların qəbulu cədvəlinə uyğun olaraq Əmlak Məsələləri Dövlət Komitəsinin sədri  Kərəm Həsənov yanvarın 31-də Qusar rayonunda növbəti vətəndaş qəbulu keçirəcək.

 

Komitənin mətbuat xidmətindən “APA-Economics”ə verilən məlumata görə, qəbulda Qusar, Quba, Xaçmaz və Şabran rayonlarından olan vətəndaşların müraciətlərinə baxılacaq. Vətəndaş qəbulu saat 11:00-da Qusar rayonunda yerləşən Heydər Əliyev Mərkəzində keçiriləcək.

 

Qəbulda yuxarıda qeyd olunmuş rayonlardan olan vətəndaşlar iştirak edə bilər və yalnız komitənin fəaliyyət sahələrinə aid olan müraciətlərə baxılacaq. Qəbula yazılmaq istəyən vətəndaşlar komitənin office@emdk.gov.az elektron ünvanına yaza və aşağıdakı nömrələrlə əlaqə saxlaya bilərlər: Komitənin Aparatı: (012) 490 24 08 (daxili 105, 102 və 349); Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 5 saylı ərazi idarəsi: (02332) 5 00 18, (02332) 5 00 17, (02338) 5 37 45.


Xəbərin orijinal ünvanı: http://az.apa.az/news/370508

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR