İranda ölkənin Xəzərdəki payının müəyyənləşdirilməsi ilə bağlı müzakirələr aparılacaq

İranda ölkənin Xəzərdəki payının müəyyənləşdirilməsi ilə bağlı müzakirələr aparılacaq
12:43 27 Yanvar 2015
131 Ölkə
Ölkə mətbuatı
A- A+

Azərbaycan, Bakı, 27 yanvar /Trend, müxbir Təmkin Cəfərov/

Xəzər dənizinin statusu ilə bağlı seminar fevralın 26-da İranın Gülüstan əyalətinin Qorqan şəhərində keçiriləcək. Bunu İran parlamentinin Xarici siyasət və milli təhlükəsizlik komissiyasının tərkibində xüsusi yaradılmış Xəzər dənizi komitəsinin rəhbəri Nozər Şəfiyi deyib. Bu barədə Trend İran Parlamentinin rəsmi xəbər saytı "icana"a istinadən məlumat verib.

N.Şəfiyi bildirib ki, seminarda xarici işlər naziri Məhəmməd Cavad Zərif, müdafiə naziri Hüseyn Dehqan, kəşfiyyat naziri Mahmud Ələvi və digər aidiyyəti qurumların nümayəndələri iştirak edəcəklər: “İranın Xəzərdəki payının müəyyənəşdirilməsi bizim milli məsələlərimizdən biridir və buna görə, bu cür seminarlarda məsələlər müzakirə olunur və önəmli məsələlər haqqında qərar qəbul edilir”.

Qeyd edək ki, Xəzər dənizinin statusu ilə bağlı ilk bu cür seminar 2010-cu ilin oktyabr ayında İranın Gilan əyalətinin Rəşt şəhərində keçirilib. 2011-ci ildə isə seminar Mazandaran əyalətində təşkil olunub. Seminarda İranın Xəzərin statusu ilə əlaqədar təşkilatları, eləcə də Xarici Işlər Nazirliyi, İran parlamentinin Xarici siyasət və milli təhlükəsizlik komissiyasının üzvləri, İranın xarici işlər nazirinin müavinləri, Neft, Nəqliyyat, Ekologiya və Gömrük nazirliklərinin, eləcə də Limanlar və Gəmiçilik İdarəsinin və Neft Xəzər şirkətinin rəsmiləri iştirak ediblər.

Xəzəryanı dövlətlər 2003-cü ilin noyabrında Xəzərdə dəniz mühitinin qorunması üzrə Çərçivə Konvensiyasını imzalayıblar.

1998-ci ilin iyulunda Qazaxıstanla Rusiya arasında yeraltı sərvətlər üzrə suveren hüquqların həyata keçirilməsi məqsədi ilə Xəzərin şimal hissəsində dəniz dibinin bölünməsi haqqında saziş imzalanıb, 2002-ci ilin mayında isə həmin sazişə müvafiq protokol imzalanıb.

2001-ci il noyabrın 29-da və 2003-cü il fevralın 27-də Qazaxıstanla Azərbaycan arasında Xəzər dənizinin dibinin bölünməsi haqqında saziş və ona müvafiq protokol imzalanıb.

Həmçinin, 2003-cü il mayın 14-də Qazaxıstan, Azərbaycan və Rusiya arasında Xəzər dənizinin həmsərhəd hissələrinin bölünməsi xəttinin qovuşma nöqtəsinə dair saziş imzalanıb.

Məqalə müəllifi ilə əlaqə ünvanı: agency@trend.az


Xəbərin orijinal ünvanı: http://az.trend.az/azerbaijan/politics/2357544.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR