Aygün Kazımova onunla barışdı - FOTO

Aygün Kazımova onunla barışdı - FOTO
12:52 27 Yanvar 2015
140 Şou
Ölkə mətbuatı
A- A+

Dünən 44 yaşını qeyd edən xalq artisti Aygün Kazımova ad günü məclisinə əməkdar artist Elza Seyidcahanı da dəvət edib
Milli.Az axşam.az-a istinadən xəbər verir ki, uzun müddətdir küsülü olan ifaçılar bir araya gələrək barışığa imza atıblar.

Elza Aygün Kazımovaya ay və günəş formasında çiçək dəstəsi hədiyyə edib.

Xatırladaq ki, ilk barışıq addımı dünən E.Seyidcahan tərəfindən atılıb. Əməkdar artist sosial şəbəkədə həmkarını təbrik edib, onun ünvanına təriflər yağdırıb.

Müğənnilərin küsməsinə səbəb isə A.Kazımovanın məclislərdən birində kəsdiyi tortun dilimlərindən E.Seyidcahandan başqa hər kəsə verməsi olmuşdu.

Milli.Az








Xəbərin orijinal ünvanı: http://news.milli.az/showbiz/321178.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR