Bakı, 27 yanvar, AzərTAc
Azərbaycanda sənayenin elektrik enerjisi, qaz və buxar istehsalı, bölüşdürülməsi və təchizatı bölməsinin müəssisələri üzrə ötən il 1,8 milyard manatlıq məhsul istehsal olunub və xidmətlər göstərilib.
Dövlət Statistika Komitəsindən AzərTAc-a bildirilib ki, əvvəlki ilin yanvar-dekabr ayları ilə müqayisədə sahədə 6 faizlik artım əldə olunub.
Su təchizatı, tullantıların təmizlənməsi və emalı bölməsinin müəssisələri tərəfindən istehsal edilmiş məhsulların həcmi 7 faiz artaraq 231,8 milyon manat təşkil edib.