OPEK başçısının açıqlamasından sonra neft sürətlə bahalaşmağa başlayıb. ANS PRESS-in məlumatına görə, OPEK sədri Abdulla əl-Bədri bildirib ki, neftin qiyməti bundan aşağı düşməyəcək.
OPEK başçısı həm də bildirib ki, yaxın günlərdə neft bahalaşmağa başlayacaq. Onun sözlərinə görə, sərmayə qoyuluşu lazımi səviyyədə olmazsa, üç-dörd ilə neftin barreli 200 dollara qalxa bilər.
Bu gün səhər bazarlar bu bəyanata reaksiya verib. Bakı vaxtı ilə səhər saat 9.40-da Brent neftinin barreli 0,08 dollar bahalaşaraq 48,24 dollara, Texas neftinin barreli isə 0,04 dollar bahalaşaraq barreli 45,19 dollara qalxıb.
Bununla belə, təhlilçilər bazara ciddi təsirin OPEK-in ilin ortasında hasilatın səviyyəsi ilə bağlı keçirəəcyi iclasdan sonra mümkün ola biləcəyini ehtimal edirlər.
Mənbə
ANS PRESS