Təranə və Musanın dəbdəbəli evi - VİDEO

Təranə və Musanın dəbdəbəli evi - VİDEO
13:05 27 Yanvar 2015
471 Şou
Ölkə mətbuatı
A- A+

Müğənni cütlük Təranə Musa Musayevlər Xəzər telekanalında yayımlanan “Hər şey daxil” verilişinin qonağı olublar.

Milli.Az məlumat verir ki, Təranə Qumral həyat yoldaşı Musa Musayev üçün toyuq bişirib.

21 ildir ki, ailəli olan cütlük zəhmətləri ilə qazandıqları evlərində qonaqlarını qarşılayıblar. Mətbəxə keçən Təranə Qumral mətbəxdə də necə məharətli olduğunu göstərib. İlk dəfə toyuq doğrasa da, qonaqlarının qarşısında ifaçı üzüqara çıxmayıb:

"Alıram boynuma, ilk dəfədir ki, toyuq doğrayıram. Musa müəllim mənə baxanda qidalanır. Neyləyir yeməyi? Musa üçün çox yeməklər bişirmişəm. Evdə ən yaxşı nə varsa, istəyirəm Musa üçün bişirim, yesin. Evdə bir dənə nəsə olsa, özüm başqa şey yeyərəm, amma onu Musa üçün saxlayaram".

T. Qumral M. Musayevi çox sevdiyini etiraf edib: "Qısqananlar çatlasın. Bizi ancaq ölüm ayıra bilər. O qədər sevgimizdən danışdılar, axırda göz dəydi. Amma şükür, indi hər şey yaxşıdır. Biz bir-birimizə ilk baxışdan aşiq olmuşuq. İndi də çox xoşbəxtik".

Tanınmış sənətçilərin evindən maraqlı anları əks etdirən videoçarxı sizə təqdim edirik.

Milli.Az


Xəbərin orijinal ünvanı: http://news.milli.az/showbiz/321191.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR